"Elmlər Akademiyası" metrostansiyası yaxınlığında vurulan piyada dünyasını dəyişib

"Elmlər Akademiyası" metrostansiyası yaxınlığında vurulan piyada dünyasını dəyişib
04:27 13 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda vurulan piyada xəstəxanada dünyasını dəyişib.
"Report" xəbər verir ki, hadisə ötən gün Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında, 1955-ci il təvəllüdlü Ağayeva Rumiyyə Muhammədsayeviç yolu keçmək istəyən zaman baş verib.
"Lada Priora" markalı maşın qadını vurub. Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bu gün isə R.Ağayeva xəstəxanada ölüb. Hadisəni törədən sürücü saxlanılıb. Onun maşın cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma gedir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/elmler-akademiyasi-metrostansiyasi-yaxinliginda-vurulan-piyada-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR