Putin: “Əl-Qaidə”nı ABŞ yetişdirib”

Putin: “Əl-Qaidə”nı ABŞ yetişdirib”
05:54 13 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

“Əl-Qaidə” terror qruplaşmasını ABŞ yetişdirib, boya-başa çatdırıb və buna görə məsuliyyətini dərk etməlidir”.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

 

“Əl-Qaidə” bizim yox, ABŞ-ın fəaliyyətinin nəticəsidir. Bu, Sovet  ordusunun Əfqanıstan ərazisində olduğu zaman başlayıb. O zaman ABŞ xüsusi xidmət orqanları Sovet ordusu ilə mübarizədə müxtəlif radikal dini cərəyanlara dəstək verirdilər. “Əl-Qaidə” və Ben Ladeni məhz ABŞ yetişdirib. Sonra isə proseslər nəzarətdən çıxıb. Bu daim belə olur. ABŞ bunu bilməli idi, bu onların günahıdır”, deyə V.Putin bildirib.

 

Qeyd edək ki, rejissor Oliver Stounun lentə aldığı “Putinin müsahibəsi” adlı sənədli film bü günlərdə ABŞ-ın “Showtime” telekanalında nümayiş olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR