Putin: "Medvedev prezident postunda vəzifələrini tam və müstəqil şəkildə icra edib"

Putin: "Medvedev prezident postunda vəzifələrini tam və müstəqil şəkildə icra edib"
07:17 13 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Hazırkı baş nazir Dmitri Medvedev prezidentliyi dövründə öz vəzifə öhdəliklərini tam və müstəqil şəkildə icra edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.
Medvedev 2008-2012-ci illərdə Rusiya prezidenti olub, bu dövrdə baş nazir vəzifəsini Vladimir Putin icra edib.
"Mən çox və ümumiyyətlə olduqca müvəffəqiyyətlə işləyirdim, amma Rusiya prezidenti başqa adam idi. Və mən bilirəm ki, həm bizim ölkədə, həm də xaricdə bu dövrü necə qiymətləndirirdilər. Sizə deməliyəm ki, prezident Medvedev bütün vəzifələri tam və müstəqil şəkildə icra edirdi. Ölkədə prezident yalnız bir adam ola bilər - xalq tərəfindən seçilən şəxs", -deyə Putin bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/putin-medvedev-prezident-postunda-vezifelerini-tam-ve-musteqil-sekilde-icra-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR