Putindən ABŞ-a sərt ittiham: “Nüvə arsenalınımızı ələ keçirmək istəyirlər”

Putindən ABŞ-a sərt ittiham: “Nüvə arsenalınımızı ələ keçirmək istəyirlər”
07:19 13 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

“Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək, ölkə rəhbərliyini dəyişdirmək və nəticədə ölkənin nüvə arsenalını ələ keçirmək istəyir”.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

 

“Belə bir niyyətin və siyasətin mövcudluğu mümkündür. Əgər doğrudan da belədirsə, Rusiyaya qarşı bu cür yanaşma gələcəyə köklənməyib. Bu fikirdə olanlar  azı 25-50 il irəliyə nəzər yetirmirlər. Əks halda Rusiya ilə münasibətləri başqa cür qurar, Rusiyanı özlərinin vassalına çevirməyə çan atmazdılar”, deyə V.Putin bildirib.

 

Qeyd edək ki, rejissor Oliver Stounun lentə aldığı “Putinin müsahibəsi” adlı sənədli film bü günlərdə ABŞ-ın “Showtime” telekanalında nümayiş olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR