Windows-da böyük dəyişikliklər olacaq

Windows-da böyük dəyişikliklər olacaq
07:37 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sistemi üçün payızda nümayişi nəzərdə tutulan növbəti böyük "Fall Creators Update" yeniləməsinin sınaq versiyasını (yeniləmə 16215) təqdim edib. Ən böyük dəyişikliklərdən biri bildirişlər mərkəzinin (Action Center) dizaynının yaxşılaşdırılması olub. Belə ki, bundan sonra hər əlavə üçün ayrıca bölmə ayrılacaq, bildirişlər isə qrup şəklinə salınacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni "Windows 10" sistemində sevimli saytları paneldə yerləşdirmək mümkün olacaq. Həmçinin ABŞ proqram təminatı istehsalçısı "Edge" brauzerində yeni tab-vərəqlərin açılmasının animasiyasını sürətləndirib. Bundan başqa, "Cortana" səsli köməkçi funksiyası xəbərdarlıqlar yaradaraq istifadəçinin icazəsi ilə fotoşəkilləri skan etməyə başlayıb.

"Fall Creators Update" yeniləməsində bir çox yeniliklər elektron qələmlə (stilius) işə aiddir. İlk növbədə indi xüsusi panel əllə yazılmış mətnin daxil edilməsini avtomatik tanıyır, yeni jestləri (məsələn, sözlərin silinməsi) və mətnin redaktə edilməsi və emodzi imkanlarını dəstəkləyir. İstifadəçi yazan zaman "Windows 10" dərhal onun simvollarını mətnə çevirir, sözləri isə kənara çəkir.  

Bundan əlavə, elektron qələm vasitəsilə ekranı əlavə və brauzerlərdə oyana-buyana vermək olar. Daha bir yeni funksiya xəritədə elektron qələmin sonuncu dəfə istifadə olunduğu yeri göstərəcək. Həmçinin "Windows" sistemli kompüter və planşet üçün ekran klaviaturası yenidən işlənib.

"Fall Creators Update" mayda "BUILD" konfransında təqdim olunub. "Story Remix" videomontajı üçün yeni dizayn və əlavənin daxil olduğu yeniləmə "OneDrive" virtual saxlancı ilə işi asanlaşdırır, eləcə də mobil qurğular arasında sıx sinxronlaşdırmanı təmin edir. "Fall Creators Update" yeniləməsinin dəqiq buraxılış tarixi açıqlanmır. Lakin yeniləmənin adından onun sentyabr və ya oktyabrda təqdim ediləcəyi ehtimal edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR