Yeni HP noutbuku göstərildi

Yeni HP noutbuku göstərildi
07:52 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

"HP" şirkəti yeni "Omen" oyun noutbukunu təqdim edib. Qurğunu iki variantda - 15,6 və ya 17,3 düym diaqonallı ekranla əldə etmək mümkün olacaq. Təsvir ölçüləri də müvafiq olaraq 1920x1080 (Full HD) və 3840x2160 (4K) piksel arasında dəyişir. Bundan başqa, "G-Sync" və "FreeSync" texnologiyalarını dəstəkləyən versiyalar mövcuddur. Modelin əsasını yeddinci nəsil "Intel Kaby Lake" prosessoru təşkil edir. Ekranı kiçik versiyanın operativ yaddaşı 16 qiqabayta, ekranı böyük modelin 32 qiqabayta bərabərdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumatların saxlanılması üçün sərt disk, bərk cisimli toplayıcı və ya onların birləşməsindən istifadə olunur. 15,6 düymlü model "NVIDIA GeForce GTX 960" və ya "AMD RX500", 17 düymlü "NVIDIA GeForce GTX 1070" və ya "AMD RX580" sürətləndiriciləri ilə təchiz edilib. Hər iki noutbuk işıqverici klaviatura, 3 "USB Type-A" portu, 1 "USB Type-C", "HDMI", "mini-Display" və "Ethernet" çıxışları, eləcə də kart oxucusu ilə təchiz olunub.  

Noutbukların qiyməti müvafiq olaraq 1000 və 1100 dollar təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR