“Verizon” “Yahoo” üçün 4,48 milyard dollar ödəyəcək

“Verizon” “Yahoo” üçün 4,48 milyard dollar ödəyəcək
08:05 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bu gün "Yahoo" səhmdarlarının xüsusi yığıncağında bu şirkətin satılmasına razılıq verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkətin alıcısı "Verizon Communications" şirkəti olacaq. Razılaşmanın dəyəri 4,48 milyard dollar təşkil edəcək.

Bundan başqa, səhmdarlar onun satışı ilə bağlı şirkətin rəhbərliyinə mükafatın ödənilməsinə dair səs veriblər.

"Yahoo"da isə hesab edirlər ki, razılaşma gələn həftə, yəni iyunun 13-də yekunlaşacaq. Satışdan sonra şirkətin adı "Altaba" olaraq dəyişdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR