Pentaqondan ÇOK XƏBƏRDARLIQ: "Rusiya, ABŞ və Çin arasında hərbi qarşıdurma başlaya bilər"

Pentaqondan ÇOK XƏBƏRDARLIQ: "Rusiya, ABŞ və Çin arasında hərbi qarşıdurma başlaya bilər"
08:13 13 İyun 2017
28 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqon rəhbəri Cim Mettis Amerika qanunvericilərinə tezliklə böyük dövlətlər arasında hərbi rəqabətin bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Bura Rusiya, ABŞ və Çin aiddir.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, dünyada bu ölkələr arasında hərbi qarşıdurma başlaya bilər.

O, faktiki olaraq II Soyuq müharibənin başlana biləcəyini bildirib.

"Həm Rusiya, həm də Çin II Dünya müharibəsindən sonra çətinliklə qurulmuş beynəlxalq qaydaların əsas müddəalarına doğru yönəlib", - deyə Mettis əlavə edib.

Pentaqon rəhbəri, həmçinin bəyan edib ki, Rusiya və Çinin qlobal səyləri və hərbi əməkdaşlığı fəallaşdırması beynəlxalq təhlükəsizlik baxımından risklidir.

Bununla belə, o, ABŞ-ın öz hərbi gücünü artırması barədə söz açmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR