Vladimir Putin: "Əl-Qaidə" və Bin Ladeni ABŞ yetişdirib"

Vladimir Putin: "Əl-Qaidə" və Bin Ladeni ABŞ yetişdirib"
08:32 13 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ "Necə ki, Üsamə bin Laden, eləcə də "Əl-Qaidə" Amerikanın xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.
"Əl-Qaidə" bizim fəaliyyətimizin nəticəsi deyil. O, bizim amerikalı dostlarımızın fəaliyyətinin nəticəsidir. Bu, həm də Əfqanıstanda Sovet müharibəsi dövründən, Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunlarına qarşı mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəklədikləri zamandan başlayıb. "Əl-Qaidə" və Bin Ladeni amerikalılar özləri yetişdiriblər", - deyə Putin bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/vladimir-putin-el-qaide-ve-bin-ladeni-abs-yetisdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR