Valideyn övladın, ər arvadın vacib oruc tutmasına mane ola bilərmi?

Valideyn övladın, ər arvadın vacib oruc tutmasına mane ola bilərmi?
08:37 13 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Namaz, oruc, həcc, xüms-zəkat kimi məsələlər şəriətin vacib hökmləridir və onların icrası üçün heç kimin icazəsi ya qadağanı şərt deyil. Allahın əmrindən üstün söz ola bilməz və hər kəs öz şəriət borcunu yerinə yetirməlidir. Əgər bu məsələdə problem yaransa, əvvəlcə xoşluqla onun həllinə çalışmaq lazımdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, yəni qadın öz ərinə, övlad öz valideyninə kobudluğa yol vermədən, səbrlə öz sözünü deməli, ibadətin vacibliyini vurğulamalı, buna mane olanın günah qazandığını xəbərdar etməlidir. Əgər xoşluqla məsələ həll olmasa, ya gizli, ya da açıq şəkildə vacib ibadətlər icra edilməlidir. Qeyd edirik ki, bu, yalnız vacib (fərz) olan ibadətlərə aiddir, müstəhəb (sünnət) ibadətlərə aid deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR