"Elmlər Akademiyası" metrosunun yanında vuruldu - VİDEO

"Elmlər Akademiyası" metrosunun yanında vuruldu - VİDEO
08:42 13 İyun 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda vurulan piyada xəstəxanada dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə ötən gün Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında, 1955-ci il təvəllüdlü Ağayeva Rumiyyə Muhammədsayeviç yolu keçmək istəyən zaman baş verib.
"Lada Priora" markalı maşın qadını vurub. Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bu gün isə R.Ağayeva xəstəxanada ölüb. Hadisəni törədən sürücü saxlanılıb. Onun maşın cərimə meydançasına aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR