Ce Manın sərvəti bir gecədə 2,8 milyard $ artdı

Ce Manın sərvəti bir gecədə 2,8 milyard $ artdı
08:52 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Çinin "Alibaba Group" şirkətinin qurucusu və rəhbəri Cek Manın sərvətinin miqdarı bir gecədə 2,8 milyard dollar artıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Alibaba"nın satış rəqəmləri bütün proqnozları üstələyib. Söhbət mart ayında başa çatan maliyyə ilinin rəqəmlərindən gedir. "Alibaba"nın səhmlərinin qiyməti 13% yüksələrək rekord həddə (142,34 $) çatıb.
 
Hazırda 52 yaşlı Cek Manın sərvəti 41,8 milyard dollar həcmində qiymətləndirilir. O, Asiyanın ən zəngin, dünyanın isə 14-cü zəngin adamıdır.
 
C. Ma investorlarla görüşündə bildirib ki, onun məqsədi 2036-cı ilə qədər "Aliababa"nı dünyanın 5-ci böyük şirkətinə çevirməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR