Panamanın sabiq prezidenti saxlanılıb

Panamanın sabiq prezidenti saxlanılıb
08:52 13 İyun 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ədliyyə Nazirliyi Panamanın beynəlxlq axtarışa verilən sabiq prezidenti Rikardo Martinellini saxlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə Martinellinin qohumlarına istinadən yerli KİV məlumat yayıb.
O, tezliklə vətəninə ekstradisiya olunacaq.
Martinelli beynəlxalq axtarışa may ayında verilib. O, cinayət törətməkdə şübhəli bilinir. Sabiq prezident korrupsiya və müxalifəti izləməkdə ittiham olunur. Həmçinin onu Panama vizası ilə qanunsuz ticarətdə şübhəli bilirlər.
Keçmiş dövlət başçısını 21 il müddətinə həbs cəzası gözləyir.
Martinelli 2009-2014-cü illərdə Panama prezidenti olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR