​Bu gün Azərbaycanda QƏDR GECƏSİDİR

Bu gecə Azərbaycanda birinci Qədr (əhya) gecəsi (iyunun 13-dən 14-nə keçən gecə) qeyd olunacaq.

Metbuat.az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan təqviminə əsasən xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Azərbaycanda ikinci Qədr gecəsi iyunun 15-dən 16-na (Ramazan ayının 20-dən 21-ci gününə), üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyunun 21-dən 22-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir.

Ramazan bayramı isə iyunun 26-sı və 27-də qeyd olunacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR