"Yeriyən cəsəd sindromu"

Mütəxəssislər dünyanın ən qeyri-adi xəstəliyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, “Daily Mail”də yer alan xəbərə görə, İngiltərədə yaşayan iki uşaq atası Varren McKinlay mövcüd olmadığını iddia edir:

“Qəzada öldüyümə inandım, amma ruhum bəzi səbəblərdən hərəkət etmirdi. Yemək yeməkdən imtina edirdim, çünki bir mənası yox idi. İnsanlardan uzaqlaşıb, otaqda yalnız vaxt keçirirdim”.

Qəzada beli və çanaq sümüyü qırılan McKinlay qəza zamanı beyninin xəsarət aldığını bildirib. Kotard adı verilən “yeriyən cəsəd” sindromu ilə McKinlay 18 il yaşayıb.

Kotard sindromu ilə insan özünün ölü olduğuna inanır. Bütün sübutlara rəğmən həmin insanlar özlərinin varlığına inanmır.

Mütəxəssislər kotard sindromu xəstələrinin hamısının ruhi xəstə olmadığını, bunun yaralanma və xəstəlik nəticəsində meydana gəldiyini açıqlayıb.

Qeyd edək ki, xəstəlik kişilərə nisbətən qadınlarda daha çox özünü büruzə verir. Xəstəliyin başlanğıc yaşı 52-dir. Araşdırmalar zamanı xəstəliyin bir çox psixiatrik və orqanik xəstəliklərlə əlaqəli ola biləcəyi ortaya çıxıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR