Universitetdə partlayış törədildi: professor yaralandı

Universitetdə partlayış törədildi: professor yaralandı
10:12 13 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın paytaxtında "Yonsey" universitetində partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində təhsil ocağının professoru yaralanıb. Polis insidentin terror aktı olduğunu istisna etmir.
 
İlkin məlumata görə, professor bağlamanı açarkən partlayış baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan universitet əməkdaşı xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri araşdırılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR