​Azərbaycana gətirilən yeyinti məhsullarının sayı

“Bu ilin ilk 5 ayı ərzində ölkəyə 526,53 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları gətirilib ki, keçən ilin eyni dövrü ilə müqayisədə 6,8% artım deməkdir”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, artan yeyinti məhsullarının siyahısı belədir:

Ət - 2,9 dəfə;

Süd - 77%;

Kərə yağı və süddən hazırlanmış digər yağlar - 4,3%;

Çay - 20,9%;

Meyvə-tərəvəz - 1,4%;

Şəkər - 16 %.

İqtisadçı əlavə edib ki, keçən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 38,6% azalıb:

“Yeyinti məhsullarının ölkəmizə idxalı keçən il 15 %-ə yaxın təşkil edirdisə, bu gün 19%-ə yaxınlaşıb. Tendensiya bu cür davam edərsə, valyuta bazarımızda əldə olunan sabitlik yaxın müddətdə pozula bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR