Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana 360 milyon avro kredit ayırıb (FOTO)

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana 360 milyon avro kredit ayırıb (FOTO)
10:22 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) fəaliyyətə başlayandan Azərbaycanın özəl sektoruna 360 milyon avro kredit ayırıb.

Trend-in məlumatına görə, bunu QDTİB-nin Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, bankın Azərbaycanın kredit portfelində payı 8,3 faiz təşkil edir:

"Azərbaycan, həmçinin bankın səhmdar kapitalında iştirak edir, burada bizə səhmlərin 5 faizi məxsusdur. Biz bankın 7-ci iri səhmdarıyıq".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2765926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR