Bəsti Cəfərovanın doğum günüdür

Bu gün xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Cəfərovanın doğum günüdür.

Metbuat.az xəbər verir ki, Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda anadan olub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb.

Bəsti Cəfərova Akademik Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində “Mən Dədə Qorqud...” (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin “Təskinlik verməyi unutmayın” (“Kiçik şahzadə”, Qızılgül, Çöl çiçəyi və Fanarçı), “Yuğ” Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın “Heydərbaba” əsəri əsasında səhnələşdirdiyi “Salam” (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb..

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR