Dırnaqlarınız tez qırılırsa, bunlara DİQQƏT!

Dırnaqlarınız kövrəkdir və tez qırılırsa, vitamin çatışmazlığından qaynaqlana bilər.

Metbuat.az xəbər verir ki, dietoloq Pınar Kural Enç dırnaqlardakı kövrəkliyin və tez qırılmanın səbəbini A vitamini çatışmazlığı ilə əlaqələndirir.

Bu problemi təbii üsullarla müalicə etmək olar:

- Yodu pambığa batırın, dırnaqlarınıza və ətinizin qırıldığı yerlərə çəkin. 15-20 dəqiqədən sonra sabunla yuyun. Yodun dırnağınızdan getməsi üçün barmaqlarınıza bərk sürtməyin.
- Dırnaqlarınızın sərtləşməsi üçün həftədə 2 dəfə limonla ovuşdurun. Limon dırnaq qırılmalarına qarşı təsirli bir sərtləşdiricidir.

Həkimin sözlərinə görə, A vitamini çatışmazlığı zamanı nsanda görmə problemləri, dəridə quruluq, halsızlıq və infeksiyalara qarşı müqavimətsizlik də yaranır. A vitamini sağlam dəri və sümük üçün önəmlidir. Antioksidant olmaqla hüceyrələri xərçəngə və digər xəstəliklərə qarşı qoruyur, erkən yaşlanmağın qarşısını alır. Bədənin müqavimət gücünü artıran, hüceyrələri yeniləyən, görmə qabilliyyətini artıran A vitamini yaşıl tərəvəzlər, kartof, yerkökü, kələm və balın tərkibində yetərincə var. Bu vitamin ən çox balıq yağında mövcuddur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR