Beyons Ronaldunu qabaqladı - ulduzların gəlir reytinqi - SİYAHI - FOTO

Beyons Ronaldunu qabaqladı - ulduzların gəlir reytinqi - SİYAHI - FOTO
10:42 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Amerikalı reper və prodüser, "Paff Deddi" kimi tanınan Şon Kombs dünyanın ən çox qazanan ulduzdur. O, Forbes jurnalının "Ən çox gəlir əldə etmiş ulduzlar" reytinqində ilk yeri tutub.

Milli.Az bildirir ki, Ş.Kombs ötən il 130 milyon dollar qazanıb. O, gəlirləri "Bad Boy Fanily Reunion" konsert turnesindən, habelə Fransanın "Ciroc" korporasiyası ilə reklam anlaşmalarından əldə edib.

Reytinqdə 2-ci pillədə 105 milyon dollarlıq gəlirlə müğənni Beyons, 3-cü yerdə isə britaniyalı müğənni, 95 milyon dollar qazanmış Coan Roulinq bərqərar olub.

4-cü yeri "Drake" kimi tanınan kanadalı reper Obri Qrehem tutub: o, ötən il 94 milyon dollar qazanıb.

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu 93 milyon dollarlıq gəlirlə 5-ci yerdədir.

İlk onluqda "Weeknd" təki tanınan kanadalı reper Abel Tesfaye, radioaparıcı Hovard Ştern, Britaniyanın "Coldplay" qrupu, yazıçı Ceyms Patterson və basketbolçu Lebron Ceyms də var.

"Mançester Yunayted"in isveçli ulduzu Zlatan İbrahimoviç reytinqdə 100-cü yerdədir.

Reytinqin ötənilki lideri, amerikalı müğənni Teylor Svift 44 milyon dollar gəlirlə 49-cu yerə düşüb.

Forbes jurnalı reytinqi tərtib edərkən Ninlsen şirkətinin məlumatlarından, habelə Pollstar, IMDB və Box Office Mojo-dan alınan informasiyalardan istifadə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR