Azərbaycanda məktəb binası yandı

Dünən Tovuz rayonunun Ağdam kəndində orta məktəb binası yanıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Tovuz rayonunun Ağdam kəndində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Məlumata görə, ümumi sahəsi 250 m2 olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 170 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Həmin görüntüləri sizə təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR