Bakıda Azərbaycan və Aİ arasında yeni hərtərəfli saziş üzrə danışıqların yeni mərhələsi keçirilir

Bakıda Azərbaycan və Aİ arasında yeni hərtərəfli saziş üzrə danışıqların yeni mərhələsi keçirilir
10:47 13 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni hərtərəfli saziş üzrə danışıqların yeni mərhələsi keçirilir.
"Report" Aİ-nin Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, İttifaqın nümayəndə heyətinə Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devin başçılıq edir.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin daha əvvəl bildirdiyinə görə, iki gün davam edəcək danışıqlar zamanı tərəflər iki blok məsələ müzakirə edəcək.
Birinci blok siyasi təhlükəsizlik, ikincisi isə ticarət məsələləri və investisiya üzrə olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-azerbaycan-ve-ai-arasinda-yeni-herterefli-sazis-uzre-danisiqlarin-yeni-merhelesi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR