Xatun: "İstəyirlər biz ayrılaq..."

"Hər zaman hörmətimi saxlayan, heç vaxt mənim yanımda səsinin tonunu qaldırmayan, insanları sevən, mehriban qardaşım..."

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva meneceri Pənah haqda "İnstaqram" səhifəsində yazıb:

"Müğənnin yanında ona stimul verən, onunla ağlayıb-gülən, qoruyan, dəyər verən və ən nəhayəti əli düz, haramdan uzaq əsl dost, menecer lazımdır. Hər zaman hörmətimi saxlayan, heç vaxt mənim yanımda səsinin tonunu qaldırmayan, insanları sevən, mehriban qardaşım... Səninlə bir yola çıxdıq. Düzdür, çoxu istəyir ki, biz ayrılaq, amma ikimizdə ehtiyatlı və ağıllı olmalıyıq ki, düşmənləri sevindirməyək".

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR