Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
10:52 13 İyun 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ İyunun 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi iyunun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb. İyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycanda-musahide-olunan-faktiki-hava-aciqlanib13-06-2017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR