Tovuza dolu düşdü

Tovuza dolu düşdü
10:53 13 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 12-i axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Yağan leysan yağış nəticəsində Böyük Qafqazın bəzi çaylarında suyun səviyyəsi artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyunun 12-də axşam saatlarında Kirəndə (Tovuz) dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-3, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 17-50, Qazax-Gəncə zonasında 2-21, Kiçik Qafqazda 4-7, Mərkəzi-Aran rayonlarında 1-8 mm təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/202381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR