"Formula 1" ilə bağlı

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda iyunun 23-dən 25-nə kimi keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı tədbirlər planı hazırlanır.

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Ə.Qarayevin sözlərinə görə, həmin müddətdə nazirlik tərəfindən mədəni tədbirlər təşkil ediləcək:

"Bizim müəssisələr çalışacaqlar. Lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər "Formula 1"-in özündədir. Həmin ərəfədə Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramına gələcək xarici sənətçilərə maraq daha çox olacaq. Bu da öz növbəsində, ölkəyə gələcək turist sayının artımına öz təsirini göstərəcək". //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR