Avroliqa iştirakçıları üz-üzə

Avroliqa iştirakçıları üz-üzə
11:22 13 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün yoxlama görüşündə qüvvələrini sınayacaqlar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasında ölkəmizi təmsil edəcək iki komanda "İnter"lə "Zirə" Boluda münasibətlərinə aydınlıq gətirəcək.

Əslində "Zirə" bu gün Kamerunun "Kolombe Sportive" klubu ilə qarşılaşmalı idi. Lakin sonradan Bakı komandalarının üz-üzə gəlmələri qərara alınıb. Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
 
Qeyd edək ki, "Zirə" toplanış çərçivəsində ilk matçına çıxacaqsa, bu, "İnter"in ikinci sınağı olacaq. Zaur Svanadzenin yetirmələri ilk görüşündə "Kolombe Sportive"ni (Kamerun) 1:0 hesabı ilə məğlub edib. 
 
Yoxlama görüşü
13 iyun
18:30. "İnter" - "Zirə"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR