"Formula 1" ilə bağlı tədbirlər planı hazırlanır

"Formula 1" ilə bağlı tədbirlər planı hazırlanır
11:22 13 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda iyunun 23-dən 25-nə kimi keçiriləcək "Formula 1" ilə bağlı tədbirlər planı hazırlanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayevin sözlərinə görə, həmin müddətdə nazirlik tərəfindən mədəni tədbirlər təşkil ediləcək:

"Bizim müəssisələr çalışacaqlar. Lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər "Forrmula 1"in özündədir. Həmin ərəfədə Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramına gələcək xarici sənətçilərə maraq daha çox olacaq. Bu da öz növbəsində ölkəyə gələcək turist sayının artımına öz təsirini göstərmiş olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR