Din adamından açıqlama: “Ehtiraslı səhnələrdə oynamaq...” - VİDEO

Din adamından açıqlama: “Ehtiraslı səhnələrdə oynamaq...” - VİDEO
11:48 13 İyun 2017
96 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur ilahiyyatçı alimi Nihad Hatipoğlu film və seriallardakı açıq-saçıq səhnələrlə bağlı ünvanlanmış sualı cavablandırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ATV kanalında yayımlanan, iftar və sahur verilişlərində tamaşaçılarla görüşən Nihad Hatipoğlu ona yönəldilən maraqlı suallara cavab verib. Verilişdə bir gənc görkəmli alimə “Serial və filmlərdə istənlən rollara bürünmək caizmidir?” sualını verib.

Aktyorluğun dində qəbahət bir iş olmadığını bildirən N.Hatipoğlunun cavabı Türkiyə mətbuatında marağa səbəb olub: “Aktyorluq etmək günah deyil, ancaq əxlaqdan kənar, nifrət oyandıran, uyğunsuz, əxlaqdan kənar olan ehtiraslı səhnələrdə oynamaq caiz deyil. Dinin təməllərinə zidd olan, gəncləri zəhərləyən filmlərdə rol almaq doğru olmaz. Lakin digər rolları canlandırmaq günah sayılmır".

Xatırladaq ki, internetdə yayımlanan “Fi” serialı maraqlı ssenarisi ilə diqqət çəksə də, intim səhnələri sayəsində populyarlıq qazanıb.


Nihat Hatipoğlu Noktayı Koydu: Ateşli... by haberler

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR