Bu il "Azneft" üzrə 20 yeni, 49 fəaliyyətsiz quyu istismara verilib

Bu il "Azneft" üzrə 20 yeni, 49 fəaliyyətsiz quyu istismara verilib
11:57 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 2 567,9 min ton neft və 2 132,1 mln. kubmetr qaz hasil edilib.
“Report”a “Azneft”dən verilən məlumata görə, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində ilin ilk 5 ayı ərzində “Azneft”nin sifarişi əsasında 20 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 21 468 ton neft hasil edilib.
Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 267 geoloji tədbir keçirilib, nəticədə 72 015 ton neft hasil edilib ki, bu da plana qarşı 45 tədbir çox və 29 075 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 17 086 ton plana qarşı 21 619 ton neft hasil edilib.
"Ötən beş ayda fəaliyyətsiz quyu fondundan 25 quyu nəzərdə tutulduğu halda, 49 quyu istismara qaytarılıb. Bu quyulardan isə 14 991 ton əlavə neft alınıb”, - deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-azneft-uzre-20-yeni-49-fealiyyetsiz-quyu-istismara-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR