Sumqayıtda 5 yaşlı uşağı avtomobil vurub, sürücü qaçıb

Sumqayıtda 5 yaşlı uşağı avtomobil vurub, sürücü qaçıb
11:57 13 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində beş yaşlı uşağı avtomobil vurub, sürücü hadisə yerindən qaçıb.
"Report" xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib. 
Belə ki, yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Muhammad Ələkbərli naməlum avtomobil tərəfindən vurulub. Uşaq müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib. 
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən, "VAZ-21124" markalı avtomobili idarə edən şəhər sakini Vüqar İsgəndərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-5-yasli-usagi-avtomobil-vurub-surucu-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR