Qarabağ su kanalında 1 nəfər batdı

Qarabağ su kanalında 1 nəfər batıb, hazırda həmin şəxsin axtarışlarına başlanılıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qarabağ su kanalının Ağcabədi rayonu, Qaradolaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçik Həcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR