Tanınmış diktor xəstə yatağında həyat yoldaşından danışıb kövrəldi: "Kaş sağ olaydı..." - FOTO

Tanınmış diktor xəstə yatağında həyat yoldaşından danışıb kövrəldi: "Kaş sağ olaydı..." - FOTO
12:05 13 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış diktor Ofeliya Sənaninin səhhətində problem yaranıb. Milli.Az-a açıqlama verən sənətkar səhhətindən danışıb:

"Bütün günü evdə otururam. Heç bir yana gedə bilmirəm, çünki onurğa sütunumda ciddi ağrılar var. Bu səbəbdən evdə heç qonaq da qəbul etmirəm. Hamı deyir ki, bu, yaşla əlaqədardır. Rəhmətlik yoldaşım Valid xəstə olanda ona çox qulluq etdim. Yeriməkdə çətinlik çəkdiyindən mənim boynumdan, qolumdan yapışırdı. Xəstə olduğu üçün onun ağırlığını öz üzərimə götürdüm. İndi də onun fəsadlarını yaşayıram. Kaş sağ olaydı, yenə də ona qulluq edərdim (kövrəlir). İnşallah sağalıb yenidən ayağa qalxaram".

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR