Münhendə naməlum şəxs dəmir yolu stansiyasında atəş açıb, 5 nəfər yaralanıb

Münhendə naməlum şəxs dəmir yolu stansiyasında atəş açıb, 5 nəfər yaralanıb
12:07 13 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində elektrik qatarı stansiyalarının birində atışma olub.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Qadın polis əməkdaşı ağır, digər 4 nəfər isə yüngül yaralıdır.
Stansiyada artıq evakuasiya həyata keçirilib. Polis vəziyyətin nəzarət altında olduğunu bildirib.
Məlumata görə, insident qatarda sənədlərin yoxlanması zamanı baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/munhende-namelum-sexs-demir-yolu-stansiyasinda-ates-acib-5-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR