SON DƏQİQƏ: Sabahdan hava düzələcək

"Sabahdan hava düzələcək".

Bunu Metbuat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib: “Əvvəlcədən xəbər verildiyi kimi, iyunun 12-si axşamdan hava şəraiti dəyişilib, şimşək çaxıb, yağış yağıb. Bəzi yerlərdə yağışlar leysan xarakterli olub. Belə hava şəraiti gün ərzində davam edəcək. Sabahdan paytaxtda və bölgələrdə hava şəraitinin sabit keçəcəyi və gün ərzində yağmursuz olacağı gözlənilir”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR