Sofiyada "Azərbaycan xalq yaradıcılığının möhtəşəm nümunələri" sərgisi keçiriləcək

Sofiyada "Azərbaycan xalq yaradıcılığının möhtəşəm nümunələri" sərgisi keçiriləcək
12:22 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ İyunun 14-də Bolqarıstanın paytaxtı Sofiyada "Azərbaycan xalq yaradıcılığının möhtəşəm nümunələri" sərgisi keçiriləcək.
Bu barədə "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən təşkil edilən sərgi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
Sərgidə Xalçaçılıq, zərgərlik nümunələri, toxuma, dulusçuluq işləri kimi, Azərbaycanın ənənəvi sənətkarlıq sahələri parlaq şəkildə təqdim olunacaq.
Sərgidə Azərbaycanda xalçaçılığın qabaqda gedən mərkəzlərinin - Quba, Şirvan, Qarabağ - nümunələri, XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid müxtəlif mis əşyalar, eləcə də, ipək şərflərin - "kəlağayı"ların müxtəlif növləri göstəriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/sofiyada-azerbaycan-xalq-yaradiciliginin-mohtesem-numuneleri-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR