Volkan Dəmirələ təklif göndərən Azərbaycan klubu müəyyənləşdi

Volkan Dəmirələ təklif göndərən Azərbaycan klubu müəyyənləşdi
12:27 13 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça"nın qapıçısı Volkat Dəmirəl Azərbaycan klublarının birindən təklif alıb. Bu barədə türk qolkiperin menecer Erdinç Şehit "Bein Sports"a açıqlamasında bildirib.

 

O deyib ki, Azərbaycan da daxil olmaqla, 3 ölkədən təklif alıblar. Ancaq buna baxmayaraq, E.Şehit V.Dəmirəlin "Fənərbaxça"da qalmaq istədiyini söyləyib: "Azərbaycan, İtaliya və ABŞ-dan təkliflər var. Amma “Fənərbaxça”dan başqa komanda istəmirik. Transfer pəncərəsi açıldıqdan sonra "Fənərbaxça" ilə görüşəcəyik. Mövsüm başa çatan kimi İtaliyadan təklif alsaq da, razılıq vermədim”.


Türkiyə mətbuatının məlumatına görə, Volkan Dəmirələ təklif göndərən klub "Qarabağ" olub. Ağdam klunu ona 2 illik müqavilə təklif edib. Lakin qolkiper "Fənərbaxça"dan təklif gözlədiyini deyib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-volkan-dmirl-tklif-gondrn-azrbaycan-klubu-muyynldi-t58668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR