ABŞ-Səudiyyə razılaşması ortaya çıxdı – DETALLAR

ABŞ-Səudiyyə razılaşması ortaya çıxdı – DETALLAR
12:33 13 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkə ilə imzaladığı 100 milyard dollarlıq silah razılaşmasının detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, “Defense News” nəşri razılaşmanın detallarını dərc edib.

Nəşrin xəbərinə görə, 2023-2036-ci illər arasında Səudiyyə Ərəbistanına 13,5 milyard dollar dəyərində 7 THAAD hava hücumundan müdafiə batareyası göndəriləcək. ABŞ 5 milyard dollarlıq 5 fərqli ağıllı sursat satacaq, eyni zamanda “Patriot” raket hücumundan müdafiə sistemlərini 7 milyard dollara modernləşdirəcək.

16 milyard dollar KC-130, C-130 Hercules və F-15 tipli təyyarələrə, 6 hərbi gəmi üçün isə 6 milyard dollar ödəniləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR