35 nəfər güclü yağışın qurbanı oldu - Banqladeşdə

35 nəfər güclü yağışın qurbanı oldu - Banqladeşdə
12:37 13 İyun 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yağıntılar ötən gün səhər saatlarından etibarən başlayıb.

Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb.

Polisin məlumatına əsasən, xilasetmə işləri zaman 4 hərbçi həyatını itirib.

Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd bildirib ki, təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmazdır.

Onun sözlərinə görə, hazırda xilasedicilər ucqar rayonlarda sel-sularında qalmış insanları xilas etməyə çalışırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR