Mingəçevir sakini bıçaqlandı

Mingəçevir sakini bıçaqlandı
12:47 13 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb. Şəhər sakini 1986-cı il təvəllüdlü Camalov Elsevər Sərdar oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Araşdırma zamanı məlum olub ki, Elsevər Camalov həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs qaçıb. Hazırda Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən onun saxlanılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR