Siyavuş Novruzov siyasi partiyalarla bağlı cəzaların sərtləşdirilməsini təklif edib

Siyavuş Novruzov siyasi partiyalarla bağlı cəzaların sərtləşdirilməsini təklif edib
12:47 13 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ “Həm siyasi partiyaların, həm də qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı məsələyə baxılmalıdır. Bu yaxınlarda Baş Prokurorluq açıqlama verdi ki, bəzi qeyri-hökumət təşkilatları və siyasi partiyalar maliyyə gəlirləri ilə bağlı aidiyyəti qurumlara hesabat vermirlər. Bu məsələlər diqqətdə saxlanılmalıdır”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin növbədənkənar iclasında deyib.
O xatırladıb ki, QHT-lər Ədliyyə Nazirliyinə, siyasi partiyalar isə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verməlidirlər: “Bu yaxınlarda siyasi partiyalardan birinin müavini başqa ölkəyə 41 dəfə səfər edib və oradakı banklardan müxtəlif valyutalarda pullar çıxarıb. Biz bu məsələlərin tənzimlənməsi ilə bağlı ilə qanunvericiliyə dəyişiklik etməliyik, cəzalar sərtləşdirilməlidir. Bəzi partiyalar hesabatlarında “0” rəqəmi göstərirlər, amma bahalı avtomobilləri, cangüdənləri var. Bütün bu məsələlərə yenidən qayıtmaq lazımdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/siyavus-novruzov-siyasi-partiyalarla-bagli-cezalarin-sertlesdirilmesini-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR