"Rəşam" ləqəbli narkobaron saxlanıldı: "Mən bunun çəkəniyəm" - VİDEO - FOTO

"Rəşam" ləqəbli narkobaron saxlanıldı: "Mən bunun çəkəniyəm" - VİDEO - FOTO
12:57 13 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Şəmkir rayon sakini 40 yaşlı Ürəkşam Məmmədovun ürəyini polis elə şam kimi əridib.

Daxil olan əməliyyat məlumatına əsasən, axtarış aparan polis əməkdaşları Ürəkşamın yaşadığı ünvandan, sözün əsl mənsaında, ürək əsdirəcək vasitələr aşkarlanıb.

Mehrab Məmmədov - müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü Məmmədov Ürəkşam Sədyar oğlunun yaşadığı evin həyatyanı sahəsindən külli miqdarda, yəni 57 ədəd çətənə kolları 6 kloqram 411 qram narkotik vasitə olan qurudulmuş marixuana və 54,78 qram çətənə bitkilərinin toxumları aşkarlanaraq götürülüb".

Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Ürəkşam Məmmədov kamera qarşısında peşmançılğını gizlətməyib. O, narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə etdiyini deyib. Bununla belə çətənə kollarının becərilməsinin o qədər də asan olmadığını dilə gətirib.

Ürəkaşam Məmmədov - saxlanılan şəxs: "Narkotiki özüm istifadə etmək üçün əkmişəm. Əvvəlcədən su verirdim. Mən bunun çəkəniyəm. İndi çox peşmanam".

"Rəşam" ləqəbli şəxs barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/553860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR