Qayınana gəlinini məşuqla tutdu, dava düşdü - VİDEO - FOTO (+18)

Qayınana gəlinini məşuqla tutdu, dava düşdü - VİDEO - FOTO (+18)
13:12 13 İyun 2017
135 Maraqlı
Ölkə mətbuatı
A- A+

Əxlaqsız qadın! Mənim oğlum buna layiq idi?! Götür oynaşını da, rədd ol!

Orta yaşlı qadın bunu deyərək gəlinini vurub və evdən çölə, küçəyə itələyib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, olay Kolumbiyanın Medelyin şəhərində yaşanıb.

Gəlinin davranışından şübhələnən 63 yaşlı Mayra Mendes oğlunun evini pusmağa başlayıb. İki gün sonra o, yad kişinin evə girdiyini, saatlar sonra oranı tərk etdiyini görüb.

Mayranın böyük oğlu Fernando həmin zaman işdə idi.

İki gün sonra hadisə təkrarlanıb. Mayra da Fernandonun iki kiçik qardaşı və qonşularla birlikdə evə "basqın" edir.

Mayra Mendesin gəlini Esperensa qapını açanda "Nə baş verir, nə olub?!" soruşur. Gəlininin suallarına cavab verməyən Mayra evə girir, otaqları gəzməyə başlayır, "Hanı o, hanı o əclaf?!" deyir.

Sonda o, yataq otağına girib çarpayını kənara çəkir.

Çarpayının altında Esperensanın məşuqu vardı.

Mayranın oğulları bu məşuqu, qadının özü isə gəlinini döyməyə başlayırlar.

Axırda Mayra gəlinlə onun məşuqunu evdən qovaraq deyib: "Rədd olun! Götür məşuqunu da, itil! Bu andan etibarən oğlumun arvadı deyilsən!"

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qaynana gəlinini məşuqla tutdu, dava düşdü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR