Azərbaycan həkimi Qazaxıstanda yaşlı qadın üzərində nadir icra olunan ürək əməliyyatı həyata keçirib

Azərbaycan həkimi Qazaxıstanda yaşlı qadın üzərində nadir icra olunan ürək əməliyyatı həyata keçirib
13:12 13 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan həkimi Qazaxıstanda yaşlı qadın üzərində nadir icra olunan ürək əməliyyatı həyata keçirib.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Ürək-Damar Mərkəzinin müdiri, Azərbaycan Tibb Universitetinin dosenti, kardioloq-aritmoloq, uzman həkim Fərid Əliyev “Report”a bildirib ki, Almata şəhərində əməliyyat 70 yaşlı Qazaxıstan vətəndaşının üzərində aparılıb: “Bu, ürəyə aparatın yerləşdirilməsi əməliyatı idi, amma fərqli xüsusiyyyəti o idi ki, bu əməliyyat zamanı elektrodlar ürəyin keçirici sisteminin içinə yerləşdirilir. Əməliyyatdan sonra pasientin ürəyi süni ürək kimi deyil, təbii ürək kimi döyünür və ürəyin aktivasiya şəkli də, yığılma şəkli də normal ürəkdəki kimi olur”.
Onun sözlərinə görə, bu əməliyyat xüsusi bacarıq tələb edir: “Bu əməliyyatı biz Aərbaycanda 2006-ci ildən həyata keçirməyə başlamışıq. Ürəyə cihaz qoyulması ilə bağlı iki min əməliyyat həyata keçirmişik, onun təxminən yarısı qeyd etdiyimiz əməliyyat növüdür. Bu əməliyyat uzun sürən əməliyyatdır. Normal halda əməliyyat 2.5-3 saat çəkir. Uzun müddətdir bu əməliyyatı etdiyimiz üçün biz 40-50 dəqiqəyə həyata keçiririk. Dünyada nadir icra olunan bir əməliyyatı Qazaxıstanda icra etdik, ordakılara göstərdik”.
F.Əliyev əməliyyatda 3 nəfərlik personalın iştirak etdiyini deyib. O bildirib ki, əməliyyat prosesində bir həkim, bir texnik, bir tibb bacısı iştirak edir.
Mütəxəssis qeyd edib ki, fəaliyyəti dövründə 10 mindən çox əməliyyat həyata keçirib: “Əməliyyatların çoxu Azərbaycanda həyata keçirilir. Xarici ölkələrdə az sayda olsa da əməliyyatlar edirik”. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycan-hekimi-qazaxistanda-yasli-qadin-uzerinde-nadir-icra-olunan-urek-emeliyyati-heyata-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR