"Məktəblinin dostu" pilot layihəsinin əməkdaşları üçün təlimlər keçirilib

"Məktəblinin dostu" pilot layihəsinin əməkdaşları üçün təlimlər keçirilib
13:12 13 İyun 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ "Məktəblinin dostu" pilot layihəsinin əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.
Bu barədə "Report"a Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlər Təhsil Nazirliyi və Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
Təlimlərin keçirilməsinin əsas məqsədi "Məktəblinin dostu" pilot layihəsi əməkdaşlarının ilkin iqtisadi bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Ümumilikdə, pilot layihənin 100 iştirakçısı maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərə qatılıb.
Layihə çərçivəsində qruplar üzrə təşkil edilmiş təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.
Təlimlərin yekununda qiymətləndirmə aparılıb. Nəticələrə uyğun olaraq, pilot layihənin əməkdaşlarına sertifikatlar təqdim ediləcək.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mekteblinin-dostu-pilot-layihesinin-emekdaslari-ucun-telimler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR