Bir yaşadək uşaqlar arasında ölüm hallarının əksəriyyəti Bakının payına düşür

Bir yaşadək uşaqlar arasında ölüm hallarının əksəriyyəti Bakının payına düşür
13:37 13 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 1 yaşa qədər olan uşaqlar arasında ölüm hallarının əksəriyyəti Bakının payına düşür.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov bildirib ki, ölkədə 1 yaşa qədər təxminən 2000 uşaq ölürsə, onlardan 780 nəfər Bakı şəhərinin payına düşür.
 
Z.Eminov qeyd edib ki, həmin uşaqlar anadan olduqları zaman Bakıda qeydiyyata alınır, lakin sonradan faktiki olaraq rəsmi qeydiyyatları olmasa da, ölüm halları baş verdikdə, ərazi olaraq Bakı şəhəri göstərilir.
 
İqtisadi rayonlar üzrə əhalinin paylanmasına gəlincə, elmi işçinin sözlərinə görə, Abşeronda digər rayonlarla müqayisədə ümumi sənaye məhsulunun istehsalı, təsərrüfatın cəmlənməsində çox böyük fərqlərin olması əhalinin cəmlənməsinə təsir göstərir: "Təsərrüfat subyektlərinin böyük əksəriyyətinin Abşeronda cəmlənməsi, əhalinin məskunlaşması nəticəsində bir çox hallarda qeydiyyata alınmayan yaşayış sahələri, massivləri yaradılır. Onların rəsmi qeydiyyatında bir çox problemlər baş verir".   
 
Z. Eminov qeyd edib ki, ölkə üzrə sənaye məhsulunun istehsalı da əsasən Abşeron rayonunun, Bakı şəhərinin payına düşür: "Daimi açılmış iş yerləri əsasən sənaye baxımından inkişaf etmiş rayonların payına düşür. Bunların da əksəriyyəti Bakıda cəmləşir. İqtisadi rayonlar üzrə investisiya həcminin artırılması zəruri məqsəd kimi qarşıya qoyulmalıdır".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR