Bakı məktəbində uşaqlar ölümlə üzləşdi: sinif otağının tavanı çokdü - FOTO

Bakı məktəbində uşaqlar ölümlə üzləşdi: sinif otağının tavanı çokdü - FOTO
13:37 13 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Ramana qəsəbəsi 198 saylı orta məktəbdə sinif otaqlarından birinin tavanı çökərək məktəb partalarının üzərinə tökülüb.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, xoşbəxtlikdən həmin vaxt tənəffüs olduğu üçün sinif otağında heç bir şagird olmayıb. Əks halda faciə yaşanacağı qaçılmaz olardı. Ötən gün baş verən hadisə ilə bağlı Təhsil Nazirliyi və Təhsil idarəsi ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidməti Cəsarət Valehoğlu bildirib ki, məsələ ilə bağlı araşdırılma aparılır və qısa müddət ərzində həmin məktəb təmir olunacaq.
 
Qeyd edək ki, məktəb binası 1937-ci ildə inşa edilib. Son illər ərzində bircə dəfə də əsaslı təmir edilməyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/553877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR