“Əl-Qaidə” və Bin Ladeni amerikalıların özləri böyütdü” - Putindən İTTİHAM

“Əl-Qaidə” və Bin Ladeni amerikalıların özləri böyütdü” - Putindən İTTİHAM
13:38 13 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

“Əl-Qaidə” terror təşkilatı və Üsamə Bin Ladeni Birləşmiş Ştatların özü böyütdü”.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

Rusiya prezidentinin sözlərinə görə, hər şey SSRİ-nin Əfqanıstanda apardığı müharibə vaxtlarından başlandı.

“Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunları ilə mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəkləyirdilər. “Əl-Qaidə”ni və Bin Ladeni amerikalıların özləri böyütdülər”, - o bildirin.

Putin həmçinin qeyd etdi ki, artıq hər şey ABŞ-ın nəzarəti altından çıxıb.

“Bu, həmişə belə olur. Bizim ABŞ-dakı partnyorlarımız bu haqda bilməyə məcburdur. Bu, onların günahlarıdır”, - Rusiya prezidenti yekunlaşdırıb.

Qeyd edək ki, Amerikanın “Showtime” kabel telekanalında “Putinlə müsahibə” filminin birinci hissəsi dünən yayımlanıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR