Bu it damları villa qiymətinədir - FOTO

Bu it damları villa qiymətinədir - FOTO
13:42 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Colonial Villa Grand", "Roman Imperial Mansion", "Spanish Palacio", "Colonial Villa"... Bunlar dəbdəbəli, lüks villaların stilləri yox, it damlarını adlarıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həmin it damlarının hər birinin minimal qiyməti 215 min dollardır.

Yəni normal, hətta lüks villa qiymətinə satılan bu damlar, sadəcə, it üçün nəzərdə tutulub.

Damlar kondisioner, isitmə, daxili və xarici işıqlandırma, televizor, habelə səsli xəbərdarlıq sistemləri ilə təchiz olunub.

Londondakı "Hecate Verona" şirkəti bu damları milyonçulara təklif edir.

Ekstravaqant it damlarının hazırlanmasında ən keyfiyyətli və bahalı inşaat metariallarından, o cümlədən məşhur Karrar mərmərindən istifadə olunub.

Hər damdakı yüzlərlə miniatür detallar tanınmış ustaların əl işləridir.

Damlar itin yataq və qonaq otaqlarından ibarətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR